ABŞ İranla danışıqlarda razıdır – Kerribackend

ABŞ İranla danışıqlarda razıdır – Kerri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dövlət katibi qeyd edib ki, yekun razılaşma üçün hələ uzun yol keçməlidirlər.

O bunu nartın 2-də BMTİnsan Haqları Şurasının Cenevrədə keçirilən toplantısında deyib.

İranın xarici işlər naziri Javad Zarif isə jurnalistlərə bildirib ki, əgər tərəflər lazımınca siyasi iradə nümayiş etdirə və İrana qarşı sanksiyaların ləğvində razılaşa bilsələr razılaşma artıq bu həftə də yekunlaşa bilər.

Zarif bildirib ki, əgər onlar razılaşma istəyirsə, onda sanksiyalar aradan qaldırılmalıdır.

Martın 2-də İsveçrədə Kerry ilə Zarif arasında danışıqların növbəti mərhələsi gözlənilir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa,

Rusiya, Çin və Almaniya iştirak edir.

İnterpress.az