Klinton iş yazışmalarını şəxsi elektron poçtunda aparıbbackend

Klinton iş yazışmalarını şəxsi elektron poçtunda aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beləliklə də o, federal qanunu pozmuş olub. İnterpress.az xarici mətbuata istinadən bildirir ki, dövlət katibi olduğu 4 il müddətində Hillari Klintonun iş üçün elektron ünvanı olmayıb.

2 ay əvvəl müşavirlər Klintonun şəxsi elektron poçtundakı minlərlə məktubun içindən bəzilərinə baxıblar. 55 min səhifə elektron yazışma saxlanmaq üçün departamentə verilib.

“Bu biabırçılıqdır, çünki həmin məktublar Klinton hələ dövlət katibi olarkən avtomatik olaraq arxivə verilməli idi. Departamentdə bu yazışmaları qaytardığına görə kimlərəsə “çox sağ ol” demək lazım gələcək” deyə “Milli Təhlükəsizlik üçün Arxiv” təşkilatının rəhbəri Tomas Blentob bildirib. Klintonun şəxsi elektron poçtundan iş yazışmaları üçün istifadə etməsi Milli Arxiv İdarəsi üçün siqnal olub.

Klintonun nümayəndəsi Nik Merill keçmiş dövlət katibinin qanunu pozmadığını bildirsə də, Klintonun iş yazışmalarını şəxsi poçtu vasitəsilə aparmasının səbəblərinə aydınlıq gətirə bilməyib.

İnterpress.az