İraq ordusu Tikritin 5 kilometrliyindəbackend

İraq ordusu Tikritin 5 kilometrliyində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Tikritin cənubundakı Əbu Şəvarib və Tellul Fadli bölgələrindəki kəndlər geri alınıb.

Səlahəddin rayon Məclisi rəhbərinin köməkçisi Casim Məhəmmədin verdiyi məlumata görə, şiə dəstələrinin, qəbilələrin dəstəklədiyi İraq ordusu Tikritin mərkəzinə doğru irəliləyir. Artıq ordu Tikritdən 5 kilometr aralıdakı Kadisiyə bölgəsinə daxil olub və 2 kilometr məsafədəki Dəyyum bölgəsi tutulub.

Hücumlar nəticəsində İŞİD-in əlində olan 100-dən çox əsir azad edilib. Şiə könüllülərinin təşkil etdikləri “Əl-Haşduş-Şabi” qruplaşmasının İraq ordusuyla birgə 19 İŞİD terrorçusunu öldürdüyü bildirilir.

İnterpress.az