Bakıda ticarət mərkəzi qarət olundubackend

Bakıda ticarət mərkəzi qarət olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.

Məlumat daxil olan kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları əməliyyat keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az