Şirvanda minik avtomobili KamAZ-a çırpılıbbackend

Şirvanda minik avtomobili KamAZ-a çırpılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1996-cı il təvəllüdlü Həsənov Miradil Mirdadaş oğlu idarə etdiyi VAZ 2107 markalı 90 KA 367 dövlət nömrə nişanlı avtomobili təhlükəli dönmə əməliyyatı yerinə yetirərkən həmyerlisi, 1992-ci il təvəlüdlü Əliyev Nurlan Nazim oğlunun idarə etdiyi KamAZ markalı 54 BE 917 dövlət nömrə nişanlı avtomobilə çırpıb.

Zərbənin gücündən VAZ 2107-nin sürücüsü avtomobilin pəncərəsindən yola düşüb. Nəticədə o, ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az