“Avropa islamı mənimsəyə bilmədi”backend

“Avropa islamı mənimsəyə bilmədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər veruir ki, Canatanın sözlərinə görə, demoqrafiq proseslərə və tarixi keçmişinə baxmayaraq Avropa islamı mənimsəyə bilməyib: “Avropa islamı öz coğrafiyası və mədəniyyətinə aid bir şey kimi qəbul etmir. Tarixi və demoqrafik həqiqət belə olsa da. Xüsusilə miqrasiya yolu ilə artan müsəlman əhalidən narahat olurlar”.

Professorun sözlərinə görə, Avropa müsəlmanların uşaqların Avropa mədəniyyətinə adaptasiya olacağı və assimiliyasiyaya uğrayacaqları ehtimal edilib: “Lakin bu gözlənti reallaşmadı. Əksinə, azlıq psixologiyasıyla dini həssaslıq artmağa başlayıb. Hollandiya bu ölkənin nümunəsini götürmək üçün hazırlaşır. Çünki ötən ildən bəri oradakı müsəlman cəmiyyətləri nəzarət altına alınıb. Üstəlik radikal qrupların fikrinə görə məscidlər də bağlanmalıdır”.

Professor Canatan yeni qanunun müsbət və mənfi tərəflərini belə dəyərləndirib: “Yeni qanun müsəlman dərnək və vəqflərin xaricdən maliyyələşməsini qadağan edir. Bundan sonra mollalar Avstriyada yetişdiriləcəklər. Qanunun mənfi tərəfi odur ki, dünyəvilik, insan haqları və azadlıqlar kimi Qərb dəyərlərini əsas götürdüyünü deyən dövlət müsəlmanların icma haqlarını ciddi şəkildə məhdudlaşdırır. Həm də bunu qloballaşan dünyada edir. Digər tərəfdən öz mollalarını Avropada yetişdirmə məsələsində gecikən təşkilat və icmaları buna məcbur edir. Bu da işin müsbət tərəfidir”.

İnterpress.az