Ağ ev Netanyahunun çıxışından narazı qalıbbackend

Ağ ev Netanyahunun çıxışından narazı qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresində ona sürəkli alqışlar qazandıran çıxışında Netanyahu İranı “bütün dünya üçün təhlükə” adlandırıb.

İranın nüvə proqramına dair danışıqlar sazişin əldə olunması üçün qoyulmuş möhlət mərhələsinə çatıb.

Razılaşma martın ortalarınadək imzalanmalıdır.

Benjamin Netanyahu-nun bu çıxışından az əvvəl İsraildə gərgin seçkilər başa çatıb.İsrail baş naziri inandırmağa çalışıb ki, o, ABŞ-ın daxili işlərinə qarışmaq niyyətində deyil.

Ağ Ev İsrail baş nazirinin Konqresin dəvəti ilə edəcəyi çıxışı əvvəlcədən tənqid etmişdi.

Buna səbəb Konqresin bu dəvət barədə Ağ Evlə məsləhətləşməməsi idi.

Çıxışın ardınca prezident Barack Obama bu nitqdə “təzə heç nə” eşitmədiyini bəyan edib.

Prezident deyib ki, İranın nüvə silahı əldə edə biləcəyi təhlükəsindən danışan Netanyahu alternativ olaraq heç nə təklif etməyib.

Netanyahu-nun çıxışı dəfələrlə sürəkli alqışlarla dayandırılıb, lakin demokrat konqresmenlər vise-prezident Joe Biden də daxil olmaqla bu alqışlara qoşulmamağa çalışıblar.

Demokrat azlığının rəhbəri Nancy Pelosi Netanyahu-nun çıxşına əl çalmaqdan imrtina edib və deyib ki, “bu nitq ABŞ kəşfiyyatı üçün təhqir kimi səslənib”.

Cənab Netanyahu öz çıxışında vurğulayıb ki, ABŞ-İsrail münasibətləri “siyasətdən yüksəkdə” dayanmalıdır.

İnterpress.az