Türkiyə ilk milli tanka sahib olacaqbackend

Türkiyə ilk milli tanka sahib olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyənin Sakarya vilyətinin valisi Hüseyn Avni Coş müdafiə sənayesində Türkiyə firmaları və mühəndislərinin də artıq söz sahibi olduqlarını deyib.

Tank hazırda “Otokar Sakarya” firmasında hazırlanır. Şirkətin baş direktoru Əhməd Sərdar Görgüc hazırlıq prosesinin son mərhələdə olduğunu vurğulayıb.

Vali Coş bildirib ki, müdafiə vasitələrinin artıq Türkiyədə istehsal edilməsi mühümdir. Çünki 1973-cü ildə Kiprə qoşun çıxarılandan sonra Türkiyə silah embarqosuna məruz qalıb.

İnterpress.az