Azərbaycanlı avtoritet həm də biznesmen imişbackend

Azərbaycanlı avtoritet həm də biznesmen imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Timur Sverdlovskinin adamı kimi tanınan İlham Osmanov 2 nəfərlə bərabər şəhərin tanınmış biznesmenlərindən birindən 11 milyon 200 min rubl və avtomobilin sənədlərini almaqda ittiham edilərək saxlanılıb.

17 fevralda kafelərdən birində görüş zamanı silahlar “danışıb”. Osmanov isə martın 3-də, həmin biznesmenin şikayəti əsasında saxlanılıb. Onunla yanaşı 26 yaşlı Çelyabinsk sakini də saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə isə, avtoritetlə biznesmen arasındakı mübahidə “obşak” üçün yığılan 20 milyon rubla görə yaranıb. Belə ki, bu pul məşhur firmalardan birinin hesabına köçürülüb. Ötən ilin dekabrında həmin firmadan pulu nəğq şəkildə tələb ediblər. Ancaq vəsaitin hamısı yox, ancaq bir hissəsi ödənilib. Həmin vaxtdan etibarən tərəflər arasında mübahisə başlayıb. İlham Osmanov “obşak”ı firma rəhbərliyindən bütöv halda tələb etsə də, ikinci bu tələbi yerinə yetirməkdən imtina edib.

Daha sonra firmanın rəhbəri Yevgeni P. adlı şəxs polisə ərizə yazaraq İlham Osmanovu dələduzluqda ittiham edib. Sözügedən firmanın rəhbəri və onun iş ortağı Alekseyin adı 2012-ci ildə qanunsuz narkotik dövriyyəsində və firıldaqçılıqda ittiham edilən Roman Otorvinin cinayət işində hallanıb. Kriminal aləmdə “qaraçı Roma” kimi tanınan bu şəxs pulların nəğdləşdirlməsi ilə də məşğul olub.

Başqa bir məlumata görə, həbs edilən İlham Osmanov həm də biznesmen imiş. O, “Çelyabinskdə əlilləri dəstəkləyən “Bərabər imkanlar” təşkilatının yaradıcılarından biri olub. Onunla yanaşı təşkilatda daha 2 iş adamı – Aleksandr Sviridkin və Yuri Makeyev, eləcə də İlham Osmanovun qohumu Arif Osmanov da var.

Elnarə
İnterpress.az