QHT sədrindən millət vəkilinə etirazbackend

QHT sədrindən millət vəkilinə etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mirvari Qəhrəmanlı iradları qəbul etmədiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – Azərbaycan Respublikasında ən şəffaf, ədalətli və qanunauyğun fəaliyyət göstərən dövlət qurumlarından biridir. QHT (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqşünası kimi) nümayəndəsi olaraq Müsahibə komissiyasında müstəqil ekspert kimi iştirak edirəm. Müsahibə iştirakşılarına suallar yalnız əvvəlcədən komissiyanın saytında yerləşdirilmiş proqramlar əsasında verilir. Bu, müsahibənin tam videoçəkilişi aparılır və nəticədən narazı qalan şəxsin yuxarı orqana apellyasiya şikayəti vermək hüququ var. Apellysiya mərhələsində bu çəkilişə bir daha baxılır və yuxarı komissiya tərəfindən yekun qərar qəbul edilir. Bu komissiyada işləyənlərin çoxunu tanıdığımdan qətiyyətlə deyə bilərəm, burada çalışanların çoxu gənc, savadlı, mədəniyyətli və qanunvericiliyin tələblərinə əməl edən insanlardır. Millət vəkili Zahid Orucun bu Komissiya barədə olan iradlarını düzgün hesab etmirəm”.

Elnarə
İnterpress.az