Türklük Onur Ödülünün sahibləri bəllidirbackend

Türklük Onur Ödülünün sahibləri bəllidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə Evinin 2013-cü ildə təsis etdiyi Uluslararası “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünün builki sahibləri artıq müəyyənləşdirilib. Bu barədə İnterpress.az-a Azərbaycan-Türkiyə Evinin (ATEV) başqanı Tənzilə Rüstəmxanlı bildirib.

Tənzilə Rüstmxanlının sözlərinə görə, mükafat hansı coğrafiyada yaşamasından asılı olmayaraq, ortaq Türk məfkurəsi və mədəniyyətinə xidmət edən şəxsiyyətlər üçün nəzərdə tutulub: “Mükafat ildə bir dəfə verilir. Builki nominantların adları bəllidir və həmin şəxslərə “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünə layiq görüldüklərinə dair məlumat verilib”.

ATEV yaxın günlərdə “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünün təqdimat mərasimi ilə bağlı ətraflı məlumat verəcək.

Elnarə
İnterpress.az