Əsgəri öldürən çavuş tutuldu – RƏSMİbackend

Əsgəri öldürən çavuş tutuldu – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumun mətbuat xidmətindən İnterpress.az-a verilən məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bayramov Anar Günəş oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə 7 mart 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi hissənin kiçik çavuşu Bəyverdiyev Tural Gülmirzə oğlu tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi müəyyən edilib.

Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və müvafiq qərar qəbul edilməsi təmin ediləcək.

İnterpress.az