Putinin Qazaxıstana səfərinin təxirə salındığı təsdiq olundubackend

Putinin Qazaxıstana səfərinin təxirə salındığı təsdiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu səfər zamanı, martın 12-13-də Rusiya prezidentinin qazaxıstanlı və belarus həmkarları ilə görüşü keçirilməli idi.

Bundan bir qədər əvvəl Reuters agentliyi Qazaxıstanın hökumət mənbələrinə istinadən Putinin xəstələndiyinin ehtimal olunduğunu xəbər vermişdi.

İnterfax agentliyinə verdiyi məlumatda Dmitri Peskov deyib ki, üç prezident Astanada keçirilməli olan sammitin vaxtını dəyişmək barədə razılığa gəliblər.

İnterfax həmçinin bildirib ki, Peskov “Qovorit Moskva” radiosunun suallarına cavab verərkən səfərin təxirə salınmasının səbəblərini açıqlamaqdan imtina edib.
“Biz səbəblər barədə izahat vermirik. Bu, liderlərin qərarıdır” – deyib sözçü.

İnterpress.az