Sabail rayonunda yaşıl marafonbackend

Sabail rayonunda yaşıl marafon

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon icra hakimiyyətindən İnterpress.az-a verilən məlumata görə, rayon ictimaiyyəti nümayəndələri tərəfindən bu marafon çərçivəsində geniş miqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub.

İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülüb. Burada əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınıb.

Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib.

Yaşıl marafon çərçivəsində keçirilən aksiya zamanı 2000 ədəd yeni ağac əkilib, əvvəl əkilən 2000 ədəd ağaclara qulluq göstərilib. Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edib.

İnterpress.az