Ülkər İsayeva onu döyən qardaşlardan danışdıbackend

Ülkər İsayeva onu döyən qardaşlardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ülkər İsayeva \”Facebook\”da yazdığı şərhlərdə bildirib ki, Məmmədov qardaşları ilə heç bir problemi yoxdur:

\”Şəkillər mediaya çıxmasın deyə silmişəm, artıq gec idi. Mənim Zaurla və Elinlə heç bir problemim yoxdur, onlar mənim çox yaxın insanlarımdır\”.

Rektorun qızı qeyd edib ki, baş verən hadisələrdən sonra \”Instaqram\”ı bağlayıb: \”İnstagram səhifəsini də bağlamışam\”.

Ülkər İsayeva mətbuatda onun rəfiqələri adından yazılanlara belə cavab verib:

\”Mənim elə tərzdə danışa bilən rəfiqələrim yoxdur. Evdən də şikayət etməyə heç kim təzyiq göstərmir. Çünki mənim dostlarım mənə əl qaldırmayıblar. Boş-boş xəbərlərdən biri də budur\”.

Qeyd edək ki, Hamlet İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

İnterpress.az