“Azəriqaz”da imtahanlı ixtisar başlayıbbackend

“Azəriqaz”da imtahanlı ixtisar başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bu barədə məlumat verib.

Mirvari Qəhrəmanlının sözlərinə görə, bir neçə gün əvvəl Bakının 11 rayonunun Qaz İstismar Sahələrində işçilərə ixtisar barədə bildiriş verilib. Lakin sonra həmin bildirişlər geri götürülüb: “Dünən “Azəriqaz”da başqa formada ixtisarlar başladı. İşçilərə bildiriblər ki, işdə saxlanılmaq üçün imtahan verməlidirlər. “Azəriqaz” rəhbərliyi bilməlidir ki, ixtisarlar və struktur dəyişikliyi zamanı işçilərin imtahana cəlb edilməsi qanunsuzdur. Bu qərəzli surətdə Əmək Məcəlləsinin 77,78 və 79-cu saymayan “Azəriqaz” məsullarının qanunsuz əməlləridir”.

İnterpress.az