“Azərişıq” sədrinin xüsusi tapşırığıbackend

“Azərişıq” sədrinin xüsusi tapşırığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla əlaqədar Səhmdar Cəmiyyətinin sədri tərəfindən xüsusi tapşırıq verilib.

Qurumun mətbuat xidmətindən İnterpress.az-a daxil olan məlumata görə, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirləri keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək. Elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə “Azərişıq” ASC-nin Mərkəzi Aparatı, rayon enerji təchizatı və satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək.

Abonentlər istər şəhərlərdən, istərsə də rayonlar, qəsəbə və kəndlərdən yarana biləcək hər hansı problem ilə əlaqədar 199 saylı telefonla ”Qəza Xidməti”nə məlumat vermələri xahiş olunur.

Elnarə
İnterpress.az