Tanınmış jurnalistin həyat yoldaşı intihar edib – YENİLƏNİBbackend

Tanınmış jurnalistin həyat yoldaşı intihar edib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-nin vidse prezidenti, tanınmış jurnalist Məqsəd Nur həyat yoldaşı Mehparə Kərimovanın intihar olayı barədə qısa açıqlama verib.

O AzNews.az-a bildirib ki, hadisənin necə və niyə baş verməsi barədə danışmaq çox çətindir: “Mən hazırda yasdayam. Özümü çox pis hiss edirəm. Bu barədə danışmaq ağırdır. Həmkarlarımdan xahiş edirəm ki, məni başa düşsünlər”.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

12:15
***

Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır. ( apa )

İnterpress.az