Məşhur müğənnilərimiz Avropada biabır oldularbackend

Məşhur müğənnilərimiz Avropada biabır oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şənlikdən sonra müğənnilər Kanal Avropa Duisburg kanalında yayımlanan Ersoy show verilişinə dəvət alıblar.

Məqsəd isə Bakıda keçiriləcək ilk Avropa oyunları ərəfəsində Azərbaycanı Avropada daha da geniş şəkildə tanıtmaq, təbliğ etmək olub.

Müğənnilərimiz buna razılıq veriblər və verilişin anonsları yayılıb ki, Azərbaycandan çox tanınmış müğənnilər gələcək.

Hətta 2 saatlıq verilişin müddəti 3 saata qədər artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun.

Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ bilməyəcəklərini söyləyiblər.

Natəvan Həbibi və digər müğənnilər buna heç bir səbəb gətirməyiblər. Maraqlısı burasındadır ki, Azərbaycanı Avropada tanıtmaq imkanı yaranmışkən müğənnilərimiz niyə bundan istifadə etməyiblər.

Özü də Bakıda ilk dəfə keçiriləcək Avropa oyunları ərəfəsində. Bəlkə bu onlara maraqlı deyil?

İnterpress.az