VHP üzvləri Gürcüstanda beynəlxalq Gənclər Forumunda iştirak ediblərbackend

VHP üzvləri Gürcüstanda beynəlxalq Gənclər Forumunda iştirak ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

VHP mətbuat xidmətinin məlumatına görə, Forumda Azərbaycandan iqtidar və müxalifət partiyalarının gənc üzvləri iştirak ediblər. Tədbirin təşkilatçısı Niderlandın çoxpartiyalı demokratiya institutu, Böyük Britaniya ve Niderlandın Tiflisdəki səfirlikləridir.

Tədbirdə Avropa İttifaqının komissarı Stefan Füle və Hollandiyanın siyasi partiyalarının üzvləri də iştirak edirlər. Forumun ikinci gününde VHP üzvü Samir Әsədli plenar sessiyada \”Siyasi qərar vermə prosesində vətəndaş cəmiyyətinin rolu\” mövzusunda məruzə edib. Hemçinin forumda VHP GT üzvü Elgiz Qehraman da iştirak edib, Cənubi Qafqazda demokratikləşmə mövzusunda çıxış edib.

Forum 27-28 mart tarixlərində keçirilib və bu gün başa çatıb.

Qeyd edək ki, Azərbaycandan Forumun işine 8 siyasi partiya təmsilçisi qatılıb.

İnterpress.az