3 milyon dollarlıq toy hədiyyəsibackend

3 milyon dollarlıq toy hədiyyəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Fənərbaxça\”nın futbolçusu Səlçuk Şahin nişanlısına toy hədiyyəsi edib.

Futbolçu nişanlısı Emel Deliyürek üçün kisənin ağzını açıb.

Cütlüyün toyu 8 mayda baş tutacaq. Toydan öncə edilən hədiyyənin dəyəri 8 milyon lirədır (3 milyon dollar).

Toy hədiyyəsi qismində verilən isə möhtəşəm ev olub. Ev İstanbulun ən elit istiqamətlərdən birində – Bağdat Caddəsi adlanan yerdədir.

Cütlük toydan sonra bu evdə yaşayacaq. Dubleks mənzilin memarı Fırat Bozfırat ilə Hakan Alver olub. Şahin “evin içi həyat yoldaşımın zövqünə görə olsun\” deyərək 250 min dollardan keçib.

İnterpress.az