Milli Məclisdə ukraynalı deputatlarla görüş keçirilibbackend

Milli Məclisdə ukraynalı deputatlarla görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdən verilən məlumata görə, görüşdə QDİƏT Parlament Məclisində nümayəndə heyətimizin üzvü, deputat Musa Quliyev ölkələrimiz və xalqlarımız arasında hər zaman möhkəm dostluq əlaqələrinin olduğunu qeyd edib.

Qanunvericilik orqanları arasında münasibətlərdən bəhs edən M. Quliyev bu sahədə Azərbaycan Milli Məclisində və Ukrayna Ali Radasında fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının rolunu önə çəkib, habelə deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını təqdir edib. O, hər iki ölkənin QDİƏT Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətləri arasındakı münasibətləri yüksək dəyərləndirib.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov isə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Parlamentlərarası münasibətlərin möhkəmlənməsində dostluq qruplarının faydalı əməkdaşlığının, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. Qonaq Ukraynanın QDİƏT Parlament Assambleyasında nümayəndə heyətinin yeni formalaşdığını bildirib və qeyd edib ki, onlar azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Görüşdə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

İnterpress.az