BQXK nümayəndələri erməni əsgərə baş çəkiblərbackend

BQXK nümayəndələri erməni əsgərə baş çəkiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə martın 30-da olub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BXQK öz mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, martın 22-də 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

İnterpress.az