6 ölkənin naziri gecəni oyaq keçirdibackend

6 ölkənin naziri gecəni oyaq keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, görüşdə iştirak edən şəxslərdən biri əsas problemin İrana qarşı sanksiyaların götürülməsi ilə bağlı yarandığını bildirib.

İran tərəfi Amerikanın birtərəfli olaraq tətbiq etdiyi sanksiyalarla BMT-nin sanksiyalarının paralel olaraq götürülməsini tələb edir.

Ancaq gecə aparılan danışıqlar heç bir nəticə vermədiyinə görə “altılıq” təmsilçiləri müzakirələri bu gün səhər saatlarından etibarən davam etdirib.

Böyük Britaniya, Fransa, Almaniya, ABŞ, Rusiya və Çin xarici işlər nazirlərinin apardığı müzakirəyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də qatılacağı gözlənilir.

İnterpress.az