Falçını qətlə yetirən şəxs tutuldubackend

Falçını qətlə yetirən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.

Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.

İnterpress.az