MTN-in istintaq təcridxanasında monitorinq keçirilibbackend

MTN-in istintaq təcridxanasında monitorinq keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinqi keçirməkdə məqsəd orada saxlanılan şəxslərə qarşı münasibət, onların saxlanma şəraiti ilə maraqlanmaq olub: “Orada saxlanılan Vidadi İsayevlə görüşdük. O, Ukrayna vətəndaşıdır. Barəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan zaman üzərindən beş kilo narkotik vasitə tapılıb. Özünü təqsirli bilir. Vəkillə təmin edilib. Daha sonra orada saxlanılan Validə Cəbrayılova ilə görüşdük. Validə Cəbrayılova qanunsuz dini ədəbiyyatları yaymaqda təqsirli bilinir. “Yəhova şahidləri” dini icmasının üzvüdür. Hər hansı şikayəti yoxdur”.

E. Behbudov təcridxanada saxlanılan Bəkirov Telman Əvəz oğlu ilə də görüşdüklərini deyib: “Həmin şəxs Suriyada və İraqda döyüşlərdə iştirak edib. İŞİD silahlı birləşməsinin üzvü olub. Bizimlə görüş zamanı bildirdi ki, oraya getməyinə çox peşmandır. Onu aldadıblar ki, Suriyada sənə ev, maşın, maaş verəcəklər. Buna inanaraq Suriyaya getdiyini bildirdi. Heç kimə oraya getməyi məsləhət görmədiyini söylədi. Bildirdi ki, orada insanlar gündə beş dəfə namaz qılmağa məcbur edilirlər. Namaz qılmayanları isə güllələyirlər. Orada vəziyyətin çətin olduğunu görüb yenidən Azərbaycana qayıdıb”.

Hüquq müdafiəçisi saxlanılan şəxslərin heç bir şikayətinin olmadığını bildirib: “Onlar saxlanma şəraitindən və onlara qarşı münasibətdən razıdırlar. Orada saxlanılan Arif Yunus, Rauf Mirqədirov və Hacı Məmmədovun vəziyyəti ilə maraqlandım. Bildirdilər ki, onların vəziyyəti yaxşıdır. Hər hansı problem yoxdur”.

İnterpress.az