Hava küləkli olacaqbackend

Hava küləkli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən artıq Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq. Cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunub. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.

Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli hava şəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir.

İnterpress.az