Ənvər paşanın əşyaları satışa çıxarıldıbackend

Ənvər paşanın əşyaları satışa çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənvər paşanın əşyaları satışa çıxarılıb. Bu barədə onun nəvəsi Osman Mayatepek deyib. O bildirib ki, paşaya aid olan əsərlərin çoxunu özü yığıb.

O. Mayatepekin sözlərinə görə, əşyaları satışa çıxarmaqda məqsəd insanlarda babasına maraq oyatmaqdır: \”İstəyirəm ki, bu əşyalar hərbi muzeydə sərgilənsin. Əsərlərin çoxunu özüm yığıb saxlamışam. Ailəmiz Ənvər paşaya aid əşyaları 90 ildən çoxdur ki, qoruyur. Mən isə artıq 40 ildən çoxdur ki, bu əşyaları özümdə saxlayıram\”.

Ənvər paşanın nəvəsi əşyaların bir qisminin anasından, bir qisminin isə Ənvər paşanın böyük qızından qaldığını söyləyib: \”Aldığım son xəbərlərə görə Baş qərargah komandanı bu əşyalarla maraqlanıb və bunları muzeyə qazandırmaq üçün təlimat verib. İnşallah bir razılaşma əldə edərik. Paşanın əsərlərini millətimizlə paylaşmaq üçün bir muzeyə verəcəyik\”.

Ənvər paşanın nəvəsinin sözlərinə görə, hərracda paşanın 122 parçadan ibarət olan xüsusi əşyaları yer alacak. Satılacak əşyalar arasında Ənvər paşanın cəbhədəki fotoları, silahları, kepkası, diplomu, medalları və digər dəyərli əşyaları var.

Qeyd edək ki, Ənvər paşa yalnız Qafqazda deyil, Orta Asiyada da çox böyük nüfuz sahib idi. 1918-ci ildə qardaşı Nuru paşa ilə birgə Azərbaycanın müstəqilliyinə böyük töhfələr verib. İki qardaş o dövrdə tamamən rus-erməni birləşmələrinin basqınına və demək olar ki, hər bölgəsində kütləvi qırğınlara məruz qalan Azərbaycana girməsi ilə qətliamların qarşısını alır və 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad edir. Ənvər paşa həmin qələbədən sonra uzun bir müddət Bakıda yaşayıb.

İnterpress.az