Bu marketlərə getməyin… – (Siyahı)backend

Bu marketlərə getməyin… – (Siyahı)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xətai rayonunda

– Babək prospekti, 76 ünvanında Vəzahir İbrahimova məxsus mağazada;

Gəncə şəhərində

– H.Ə.Hüseynzadə küçəsində Fərman Seyidova məxsus mağazada;

Mingəçevir şəhərində

– 20 Yanvar küçəsi, 12 ünvanında Azər Kərimova məxsus mağazada;

Ağcabədi şəhərində

– H.Əliyev prospekti, 155 ünvanında Xəyyam Qasımova məxsus mağazada normati-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Səbail rayonunda

– M.Hüseyn küçəsi, 42/9 ünvanında Aynurə Səmədovaya məxsus mağazada;
– Nemanzadə küçəsi, 52 ünvanında Təyyarə Məmmədovaya məxsus mağazada;

Xəzər rayonunda

– Şüvəlan qəsəbəsi, Nizami küçəsi, 29 ünvanında Nuranə Əliyevaya məxsus mağazada;

Şirvan şəhərində

– T.İsmayılov küçəsində Əlisaleh Əliyevə məxsus mağazada;

Ağcabədi şəhərində

– H.Aslanov küçəsində İsmayıl Allahverdiyevə məxsus mağazada;

Qobustan rayonunda

– Cəyirli kəndində Vüsal Həsənova məxsus mağazada;

Zaqatala rayonunda

– Aşağı Tala kəndində İlham Ərəbova məxsus mağazada;

Balakən şəhərində

– H.Əliyev prospekti, 5 ünvanında Umuksu Xəlilovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 230 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

İnterpress.az