Bakıda dəhşətli avtobus qəzası: ölənlər var – YENİLƏNİBbackend

Bakıda dəhşətli avtobus qəzası: ölənlər var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 3 sərnişin avtobusunun toqquşması nəticəsində yaralanan 7 nəfərin şəxsiyyəti müəyyənləşib.

Qəzada dünyasını dəyişən sürücünün kimliyi hələlik dəqiqləşməyib. Onun 40-45 yaşı var. Yaralılar bunlardır: Hüseynova Gülgəz Yunis qızı, Şamilli Vüqar Arif oğlu, İslamov Elmin Cavanşir oğlu, Quliyev Polad İsmayıl oğlu, Əlizadə Alim Əbülfəz oğlu, Kərimov Tural Vaqif oğlu, Mirzəyev Fazil Mirayaz oğlu.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

***
Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığında 194 saylı xətt üzrə sərnişindaşıma ilə məşğul olan “Daewoo” markalı avtobusla fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və sürücülər, eləcə də avtobuslarda olan sərnişinlər düşərək mübahisə etməyə başlayıblar. Bu zaman 211 saylı xətt üzrə hərəkət edən digər “Daewoo” markalı sərnişin avtobusu yolda cəmləşmiş insanlara çırpılıb. Nəticədə “Mercedes” markalı mikroavtobusun sürücüsü hadisə yerindəcə keçinib. Daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. ( lent.az )

İnterpress.az