Dünyanın ən yaşlı sakini vəfat edibbackend

Dünyanın ən yaşlı sakini vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

116 yaşlı qadın Kamden şəhərindəki sağlamlıq və reabilitasiya mərkəzində dünyasını dəyişib.

Yaşlı qadın aprelin 2-də ABŞ prezidenti Barak Obamanı iyulun 4-də keçiriləcək doğum günü mərasiminə dəvət edib. Həmin gün onun 117 yaşı tamam olacaqdı. Yaşlı qadın keçən il də Obamanı ad günü tədbirinə dəvət edib. Ancaq ABŞ prezidentindən dəvətə cavab gəlməyib.

Qertruda Uiver dünyanın ən yaşlı insanı statusunu 117 yaşlı yapon qadın Misao Okavanın ölümündən sonra 1 həftə daşıyıb. O, 4 iyul 1898-ci ildə anadan olub.

İndi dünyanın ən yaşlı insanı statusunu Amerikada yaşayan Jeralean Talley daşıyır. Onun mayın 23-də olan 116 yaşı tamam olacaq.

İnterpress.az