24 dərəcə isti olacaqbackend

24 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək.

Havanın temperaturunun gecə 5-8˚, gündüz 15-20˚ isti olacağı gözlənilir.

Aprelin 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 5-10˚, gündüz 16-21˚, bəzi yerlərdə 24˚ isti, dağlarda gecə 0-4˚, gündüz 9-14˚, bəzi yerlərdə 17˚ isti olacağı gözlənilir.

İnterpress.az