Sultan Alparslanın məzarı axtarılırbackend

Sultan Alparslanın məzarı axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Səlcuq sultanı Alparslanın türbəsinin axtarışı ilə məşğul olan Selçuk Universiteti professoru Osman Eravşar qazıntıların iki ölkə prezidentinin imzaladığı protokola əsasən aparıldığını bildirib.

Sultanın məzarının harda olması ilə bağlı orta əsrlərə aid sənədlərə baxılıb. Ötən ilin may ayından etibarən başlanan qazıntıda səlcuqlu dönəminə aid cinilər tapılıb: “Bunların içində bir kitabə var idi ki, bu bizi həyəcanlandırdı. Ancaq kitabə dağılmış haldadır. Kitabənin digər parçalarını tapsaq bu abidənin memarının kim olduğu və türbənin bu abidənin içində olduğunu düşünə bilərik”.

Mütəxəssislərin sözlərinə görə, qazıntı işləri belə davam edərsə, qarşıdakı illərdə Alparslanın məzarını tapmaq mümkün olacaq: “Türbəni doğru yerdə axtarırıq. Məscidin döşəməsini tapdıq. Məscidin artıq içindəyik. 2 futbol meydançası boyda ərazidə türbənin yerini tapmağımız lazımdır”.

İnterpress.az