“WhatsApp”dan daha bir yenilik – FOTObackend

“WhatsApp”dan daha bir yenilik – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Facebook\”un \”WhatsApp\”ı 22 milyard dollara satın alması ilə birlikdə ən böyük mesajlaşma xidməti artıq sosial şəbəkənin nəzdinə daxil olub.

\”Facebook\”un yenilənməsi gözlənilən v31.0.0.7.13 versiyası ilə artıq \”WhatsApp\” ilə birbaşa bağlantı əldə ediləcək. Yəni sosial şəbəkəyə daxil olanlar həm də eyni anda \”WhatsApp\” mesajları göndərə biləcəklər.

Paylaş düyməsinin yanında \”\”WhatsApp\”a göndər\” seçimi yerləşdiriləcək. Bu hələlik beta versiyalarda yer alıb. Bir müddət sonra sistem tam şəkildə İOS və Android platformlarındakı \”Facebook\” tədbiqinin yenilənməsi ilə işə düşəcək.

Qeyd edək ki, \”Facebook\” \”WhatsApp\”ı satın aldıqdan sonra bir neçə yenilik edib. Məsələn, göndərilən mesajları gördükdə qoşa göy xətt görünür, bundan başqa artıq mesajlaşma xidmətinə zəng funksiyası da daxil edilib.

"WhatsApp"dan daha bir yenilik - FOTO

İnterpress.az