Masazırda ev partladı: Xəsarət alan varbackend

Masazırda ev partladı: Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində baş verən partlayış Sarı Aşıq küçəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Partlayış nəticəsində otağın tavanı və divarlarında çatlar əmələ gəlib.

Partlayışdan sonra yanğın qeydə alınmayıb.

Məlumata görə, partlayış nəticəsində Elxan Aslanovun yoldaşı 1987-ci il təvəllüdlü Leyla Abış qızı Aslanova xəsarət alıb.

O təcili tibbi yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan Leyla Aslanovanın vəziyyətinin orta stabil olduğu bildirilib.

İnterpress.az