Ana südü özünə inamı artırırbackend

Ana südü özünə inamı artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, professor “İlk 2 il ana südü ilə qidalanan körpələrin özünə inam hissi daha yüksək olur” deyə bildirib.

Rəşid Vural Yağçının sözlərinə görə, qadınlar hamilə qaldıqları dövrdən etibarən qidalanmalarına diqqət etməlidirlər.

Hamiləlik dövründə körpənin qidalanmasının göbəkbağı vasitəsiylə təmin edildiyini deyən Yağçı bunun üçün yaxşı bəslənmənin çox əhəmiyyətli olduğunu vurğulayıb.
Körpələrin ilk 6 ay yalnız ana südü ilə, 24 aya qədər isə südü digər qidalarla yanaşı vermək lazım olduğunu qeyd edib: “Ana südünün təsəvvür edilə bilməyəcək qədər faydalı olduğunu hər kəs bilir, çünki ana südü fərdin bütün həyatına təsir edir. İlk 2 il ana südü ilə qidalanan körpələrin özünəinamı daha yüksək olur. Əmərək qidalandığı üçün xüsusilə ruh sağlamlığı daha yaxşı inkişaf edər. Ana südü heç bir xəzinəylə əvəz olunmaz. Bu səbəbdən bunun qiymətini bilməliyik. Ana südü yeməyən uşaq həyata çox pis başlamış olur, yıxıla-yıxıla böyüdükləri üçün fiziki, ruhi və əqli inkişafı digərləri ilə müqayisədə çox zəif olur”.

Yağçı 6 aydan sonra körpələrin xüsusilə heyvani qidalarla tanış olmasının lazımlığını da ifadə edib.

İlk 6 ayda verilən əlavə qidanın körpələrdə allergiya riskini ortaya çıxartdığını izah edən Yağçı “Bu vəziyyət eyni zamanda piylənməyə də zəmin yaradır. Bu səbəbdən ana südünün uzun müddət verilməsinin tərəfdarıyıq”.

İnterpress.az