Cəbhədə atəşkəs yenidən pozulubbackend

Cəbhədə atəşkəs yenidən pozulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, işğalçılar Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

İnterpress.az