Siyəzəndə avtomobil aşıb, iki qardaş xəsarət alıbbackend

Siyəzəndə avtomobil aşıb, iki qardaş xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bakı-Quba yolunun rayonun Ağbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayon sakini Ələkbərov Yusif Firuz oğlunun idarə etdiyi “BMW” markalı, 99 EF 626 dövlət nömrə-nişanlı avtomaşında idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və onun qardaşı, 1988-ci il təvəllüdlü Asif Ələkbərov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterpress.az