Mal-qara oğrusu saxlanıldıbackend

Mal-qara oğrusu saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Elnur Əliyevin verdiyi məlumata görə, Sabirabad rayon Yaxa Dəllək kənd sakinləri 1990-cı il təvəllüdlü Əsədov İsaxan İlqar oğlu və 1984-cu il təvəllüdlü Məmmədov Rauf Ərəbxan oğlu qabaqcadan əlbir olub qrup təşkil edərək, saxlanc yerinə qanunsuz daxil olmaqla kənd sakinlərinin xeyli miqdarda iri və xırdabaşlı heyvanlarını oğurlayıblar.

Onlar bu il martın 30-da Sabirabad rayonun Əliləmbəyli kəndində vətəndaşa məxsus həyətindəki tövlədən qiyməti 1200 manat və 900 manat olan 2 baş inəyi, cəmi 2100 manat dəyərində özgə əmlakını talamaqla oğurluq ediblər.

Bundan başqa, onlar təkrarən, aprelin 1-də Sabirabad rayonun Yaxa-Dəllək kəndində vətəndaşa məxsus həyətindəki tövlədən qiyməti 190 manat olan 3 baş, qiyməti 150 manat olan iki baş, 120 manat dəyərində olan iki baş və qiyməti 100 manat olan 2 baş qoyun və quzu, cəmi 1310 manat dəyərində özgə əmlakını talamaqla oğurluq ediblər.

Hər iki şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az