Tovuzda məktəbli qətl törədibbackend

Tovuzda məktəbli qətl törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 12-də saat 22 radələrində rayonun Qədirli kənd sakini, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Nemət Rzayev şəxsi münasibətlər zəminində yaranmış mübahisədə həmkəndlisi, 1996-ci il təvəllüdlü İdris Paşayevə bıçaqla xəsarət yetirib. İ.Paşayev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ( trend.az )

İnterpress.az