Sabir Rüstəmxanlı Terminologiya Komitəsindən narazılıq etdibackend

Sabir Rüstəmxanlı Terminologiya Komitəsindən narazılıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu deputat, xalq şairi Sabir Rüstəmxanlı dil qurumlarının ana dilini necə qoruması ilə bağlı Modern.az saytının sualına cavab verərkən bildirib. Onun fikrincə, mütəmadi olaraq yenilənən dilə Dilçilik İnstitutu akademik yanaşsa da, Terminologiya Komitəsi sırf praktiki münasibət bildirməlidir:

“Dildə gedən proseslərdən geri qalırlar. Dilə hər gün yeni sözlər daxil olur. Yeni terminlər təkcə bizdə yox, bütün türk dövlətləri üçün ümumi termin olsa, bu gələcəkdə həmin dövlətlərin daha da yaxınlaşmasına bir vasitə ola bilər. İndi hərəsi bir termin qəbul edir və uzaqlaşma prosesi gedir. Buna görə də Terminologiya Komitəsinin üzərinə çox iş düşür. Komitənin işi elə qurulmalıdır ki, onların təklikləri həm milli, həm də beynəlmiləl baxımdan düzgün istiqamətdə olsun. Dilimizi yenidən yabancı sözlərlə çirklənməsinə yox, milli sözlərlə zənginləməsinə xidmət etsin. Təəssüf ki, bu proses çox ləng gedir. Biz əvvəllər də bu barədə danışmışıq və təkliflərimizi vermişik”.

İnterpress.az