Boris Nemtsovun qətlində narkotik izibackend

Boris Nemtsovun qətlində narkotik izi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nemtsovun qətlində ittiham edilən şəxslərin narkotik ticarəti ilə bağlılığı öyrənilir. Əgər nəticə müsbət olarsa, qətlin müzdla tutulmuş şəxslər tərəfindən törədilməsi ittihamı sual altına düşəcək.

Qətldə ittiham edilən Zaur Dadayevin istintaqı zamanı onun mənzilindən götürülən bəzi əşyalar laboratoriyaya göndərilib. Onların arasında mətbəxdən tapılmış ağ toz da olub. Həmin maddənin narkotik maddə olub-olmaması ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Əgər maddə narkotik olarsa, istintaq Zaur Dadayevə qarşı ittihamda dəyişiklik edə bilər: “Andlıları müxalifət liderinin öldürmək üçün sifarişçilərin 25 milyon rubla adi narkomanı tutuduğuna inandırmaq olduqca çətin olacaq” deyə mətbuat vurğulayır.

Zaur Dadayevin vəkili İvan Gerasimov isə mətbuata açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxslə görüşündə onun narkotik maddəyə alışqanlığı, yaxud ondan istifadəyə dair heç nə hiss etməyib.

Qeyd edək ki, Boris Nemtsov fevralın 28-də öldürülüb.

İnterpress.az