Müsavat üzvü: “…Məhkəməyə müraciət edəcəyik”backend

Müsavat üzvü: “…Məhkəməyə müraciət edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a partiyanın Suraxanı rayon təşkilatının sədri, son zamanlar Arif Hacılı tərəfdarlarının hakimiyyətə işləməkdə ittiham etdiyi Rövşən Dəmirli bildirib.

Keçmiş başqan İsa Qəmbərin partiyada baş verənlərə təsir imkanlarının olduğunu deyən Rövşən Dəmirli “Amma İsa bəy nədənsə reaksiya vermir, ola bilsin ki, hələ müşahidə edir” deyə vurğulayıb. İsa Qəmbərə ümidlərini itirmədiklərini deyən Qubad İbadoğlu tərəfdarlarının təmsilçisi Rövşən Dəmirli partiyanı tərk etmək niyyətində olmadıqlarını deyib: “Əgər bizi partiyadan çıxarsalar və hansı qaydaları pozduğumuzu sübut edən dəlillər ortaya qoya bilməsələr, məhkəməyə müraciət edəcəyik”.

Elnarə KƏRİMOVA
İnterpress.az