“Ən gözəl eşşək” seçildibackend

“Ən gözəl eşşək” seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 200-dən çox eşşəyin yarışdığı müsabiqədə maraqlı anlar yaşanıb. Bəzi eşşək sahiblərinin sıpaları əlinə alaraq rəqs etməsi diqqət çəkib. Bəzədilən eşşəklər arasında qalstuklu, ləçəkli, günəş eynəkli, paltarlı və boynunda çiçəkli olanlar da olub.
Yarışmaya əcnəbi qadının qatılması da diqqət çəkib.

Lamuda baytarlıq edən Phelix Rachuonyonun sözlərinə görə, bölgədə 3 minə qədər eşşək var: “Bu heyvanlar yalnız nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsan çox vaxt uzunqulağın nə zaman yaralandığını və xəstələndiyini anlamaqda çətinlik çəkir. Burada eşşəklər üçün bir klinika açmaq və pulsuz xidmət verməyi planlaşdırırıq”.

2015-ci ilin “Ən gözəl eşşəyi” mükafatını Rashid Omarın sahibi olduğu “Qısqanc” adlı heyvan alıb. Sağlam və sahibinə ən yaxşı davranan eşşəklər arasından seçilən birinci eşşəyə medal taxılıb.

İnterpress.az