Türkiyədə həyəcan artır: Sərhədə qoşun yığıldıbackend

Türkiyədə həyəcan artır: Sərhədə qoşun yığıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağrıda baş verən döyüşlərdən sonra Hakkari vilayətinə tanklar və helikopterlər göndərilib.

Türkiyə mətbuatının yazdığına görə, sərhədə çox sayda hərbi helikopterlərlə yanaşı canlı qüvvə də göndərilib. Hərbi əməliyyatlara başlanıb-başlanılmayacağı barədə isə hələlik heç bir açıqlama verilmir.

Qedy edək ki, ABŞ mətbuatı iddia edirdi ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya hücum etmək barədə danışıqlar aparırlar. İddiaya görə, Türkiyə ordusu qurudan, Səudiyyə Ərəbistanı isə havadan Suriyaya hücum edəcək.

Xatırladaq ki, Türkiyənin Ağrı vilayətində PKK terrorçuları Türkiyə təhlükəsizlik qüvvələrinə hücum etmişdi. Ağır döyüşlər zamanı 4 türk əsgəri yaralanmışdı. 5 terrorçu öldürülmüş, biri isə sağ ələ keçirilmişdi.

İnterpress.az