Qonşusunu güllələdibackend

Qonşusunu güllələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Hüseynov Bəxtiyar Yaşar oğlu naməlum şəraitdə odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Bəxtiyar Hüseynov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Bəxtiyar Hüseynov qonşusu tərəfindən güllələnib. Cinayəti törədən şəxs hadisə yerindən qaçdığından, polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam edir. ( apa )

İnterpress.az