ABŞ yardımların həcmini azaldırbackend

ABŞ yardımların həcmini azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, bəzi yardım proqramlarına ayrılan maliyyənin azaldılması ABŞ büdcəsi, qlobal şəkildə prioritet olan hadisələrin baş verməsi, o cümlədən ebola, İŞİD kimi problemlər, Suriya və Ukrayna böhranları ilə bağlıdır.

Həmçinin bildirilir ki, ABŞ-ın Ermənistana ayırdığı maliyyənin azaldılması bu ölkədə həyata keçirilən proqramların keyfiyyəti və ya Ermənistan-ABŞ münasibətləri ilə bağlı deyil. “Ermənistana ayrılan maliyyənin azaldılması əsasən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, o cümlədən Ermənistandakı səfirliyinin mətbuat xidmətinin həyata keçirdiyi proqramlarda həyata keçiriləcək. Azaldılacaq məbləğ hələlik məlum deyil. Səfirlik bir neçə yeni layihənin sayının azaldılması və ya tez bir zamanda başa çatdırılması istiqamətində plan hazırlayır”,- deyə məlumatda qeyd edilib.

İnterpress.az