İŞİD-ə qoşulan model öldürüldübackend

İŞİD-ə qoşulan model öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı keçmiş model Şarki Jamanın Suriyada öldürüldüyü bəlli olub.

Avstraliya mətbuatının məlumatına görə, model İŞİD-ın nəzarətində olan Fəllucada yaşayıb.

Somali əsilli modelin atası Dada Jama da oğlunun odlu silahla qətlə yetirildiyini təsdiqləyib.

Dada Jama oğlunun ötən il İŞİD-ə qatıldığını deyib. Onun sözlərinə görə, ölüm xəbərini isə ona oğlunun dostları telefon vasitəsilə çatdırıblar.

Qeyd edək ki, Şarki Jama terror təşkilatına qatılmadan öncə Melbrunda modelliklə məşğul olub. ( anspress.com )

İnterpress.az