Bakı sakini arvadını və özünü bıçaqladıbackend

Bakı sakini arvadını və özünü bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb. 31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır. ( apa )

İnterpress.az