Yol qəzasında ölən üç nəfərin adı məlum olubbackend

Yol qəzasında ölən üç nəfərin adı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, sürücüsü məlum olmayan “Lifan” markalı avtomobilin qəzaya uğraması nəticəsində avtomobildə olan Bakı şəhər sakinləri, 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov hadisə yerində ölüblər.

Qeyd edək ki, ötən gün Ziya Bünyadov prospektində “Lifan” markalı avtomobil işıq dirəyinə çırpılıb.

İnterpress.az